Türkiyədə şimşək 4 hərbçini yaralayıb

Türkiyədə şimşək 4 hərbçini yaralayıb

Türkiyənin şimalında Tokat vilayətində hərbi kazarmaya şimşək düşməsi nəticəsində 4 hərbçi yaralanıb.

Trend-in məlumatına görə, hazırda yaralı əsgərlərin vəziyyəti kafi qiymətləndirilir. Qeyd edək ki, ötən ilin avqustunda Türkiyənin şimal-qərbində yerləşən hərbi kazarmaya şimşək düşməsi nəticəsində də 3 hərbçi yaralanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə