Rusiyanın Tver vilayətində bağçılıq dərnəyinin 8 üzvü güllələnərək öldürülüb. Axar.az xəbər verir ki, Konakovsk rayonunun Redkino qəsəbəsində dərnəyə elektrik işləri görmək üçün çağırılmış elektriklə dərnək üzvləri arasında mübahisə yaranıb.
Elektrik evə qayıdaraq silah götürüb və dərnəyə gələrək 6 kişi və 2 qadını güllələyib. Əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB