Rusiya prezidenti Vladimir Putin bu il canlı yayımı iyunun 15-də keçirəcək. SİA-nın xəbərinə bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"15 iyun 2017-ci ildə Moskva vaxtı ilə 12:00-da Birinci, "Rossiya 1", "Rossiya 24" telekanalları və "Mayak", "Vesti FM", "Radio Rossii" radiostansiyalarında "Vladimir Putin ilə canlı yayım" illik xüsusi proqramı efirə gedəcək", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, 2017-ci ildə Putinlə keçiriləcək birbaşa bağlantı sayca 15-ci olacaq. Ötən dəfə o, aprelin 14-də baş tutmuşdu və 3 saat 38 dəqiqə davam etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB