Avstraliya: "Böyük Britaniyaya yardım etməyə hazırıq"

Avstraliya: "Böyük Britaniyaya yardım etməyə hazırıq"

Avstraliya Londonda törədilən terror aktından sonra Böyük Britaniyaya yardım etməyə hazırdır. Bu barədə bəyanatla Avstraliyanın xarici işlər naziri Culi Bişop çıxış edib. Avstraliya XİN-nin bəyanatında deyilir: “Biz həmin hücumlara cavab vermək istəyən Britaniya hökumətinə yardım etməyə hazırıq. Bizim fikirlərimiz yaralananlar və onların ailə üzvləri ilə birlikdədir”.

Bəyanatda qeyd edilir ki, Avstraliya hökuməti terror aktı nəticəsində həlak olan və ya yaralanan ölkə vətəndaşları barədə məlumata hələlik malik deyil.

Avstraliyanın Baş naziri Malkolm Ternbull da Britaniya xalqı ilə birlikdə olduqlarını deyib: “Bizim dualarımız və qətiyyətli dəstəyimiz, həmişə olduğu kimi, bu gün də Londonda həyəcan doğuran terror hücumuna məruz qalmış Britaniya xalqı ilə birlikdədir”.

Bütün xəbərlər Facebook səhifəmizdə