Böyük Britaniyanın paytaxtında baş verən 2 terror aktı nəticəsində azı 48 nəfər xəstəxanalara yerləşdirilib. SİA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda London təcili yardım xidməti xəbər verir. Xidmətin Twitterdə yerləşdirdiyi məlumatda deyilir. "Londonun 5 xəstəxanasına 48 yaralı gətirilib və bir sıra digər yüngül bədən xəsarətləri olanlara isə hadisə yerində tibbi yardım göstərilib". Londonda iyunun 4-də silsilə terror aktları təşkil olunub. London-Bridc körpüsündə avtomobilin insanların üzərinə sürülməsi hadisəsi, "Borough Market"də və "Vauxhall" bölgəsində də bıçaqlı hücum olub. Baş verən hücumlarda 6 nəfər ölüb, 30 nəfər isə xəstəxanaya yerləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB