Fransa: "Rusiya izinə rast gəlmədik"

Emmanuel Makronun seçki qərargahlarına edilən kiberhücumlarda Rusiyanın əlinin olması ilə bağlı heç bir dəlilə rast gəlinməyib.
Fransa: "Rusiya izinə rast gəlmədik"

Axar.az xəbər verir ki, bu sözləri Fransa Milli Kiber Təhlükəsizlik Agentliyinin (ANSİ) rəhbəri Quilam Poupard deyib. “Həyata keçirilən kiberhücumlarda Rusiyanın APT-28 haker qrupunun əlinin olması ilə bağlı heç bir sübut aşkarlanmayıb. Bu, hər kəsin təşkil edə biləcəyi bəsit bir hücum idi”, - Poupard bildirib.

Xatırladaq ki, Fransada seçki dönəmi zamanı rusiyalı hakerlərin Makronun seçki qərargahlarına kiberhücum təşkil etməsi barədə məlumatlar yayılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə