ABŞ-ın İraq müharibəsində itkiləri məlum olduğundan dəfələrlə çox imiş
Nobel mükafatçısı olan iqtisadçılar İraq müharibəsində ABŞ-ın itkiləri ilə bağlı şokedici rəqəmlər açıqlayıb. SİA-nın "Vashington Post" qəzetinə istinadən verdiyi məlumata görə, ABŞ-ın itkilərinin Corc Buş administrasiyasının iddia etdiyi kimi 50-60 milyard dollar deyil, 3 trilyon dollardan daha çox olduğu bildirilir.
2003-cü ildə İraqa girən ABŞ-ın keçmiş prezidenti Corc Buş müharibənin ölkəsinə 50-60 milyard dollara başa gələcəyini bildirmişdi. Kolumbiya Universitetinin professoru, 2001-ci il iqtisadiyyat üzrə Nobel mükafatçısı Cozef Stiqlitz ilə Harvard Universitetinin siyasət üzrə müəllimi Linda Bilmes 2008-ci ildə "Vashington Post"da birgə qələmə aldıqları təhlillərində İraq müharibəsində ABŞ-ın itkilərinin 3 trilyon dollar olduğunu iddia etmişdilər. Qəzetin dünənki sayında birgə yeni bir təhlil yazan müəlifflər İraq müharibəsində xərclənən vəsaitin 2008-ci ilin rəqəmlərini keçdiyini və 3 trilyon dollardan xeyli ötdüyünü bildirib.
Alimlərə görə, ABŞ-da başlayıb dünyaya yayılan böhranın səbəblərindən biri də İraq müharibəsidir. Müharibənin ABŞ-ın etməsi lazım olandan daha çox borclanmasına gətirib çıxardığı qeyd olunub. Analitik yazıda borclanmanın neft qiymətlərinin yüksəlməsinə və əhəmiyyətli miqdarda vəsaitin ABŞ-dan çıxmasına səbəb olduğu vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB