Yunanıstan Fransa tanklarını rus tankları ilə əvəz edir

Yunanıstan Milli Mühafizə Ordusu arsenalındakı tankları yeniləyir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Yunanıstanın müdafiə naziri Kostas Parakostas köhnə olan Fransa istehsalı "AMX 30 G" tipli tanklarının əvəzinə daha müasir Rusiya istehsalı "T 80" tanklarının alınacağını açıqlayıb.

 

K.Papakostas və Milli Mühafizə Ordusunun komandiri general-leynenant Petros Çalikidis "AMX 30 G" tanklarının hissələrə bölünərək silah arsenalından tədricən çıxarılacağını bildirib. Papakostasın sözlərinə görə, Fransa istehsalı olan tankların dəyişilməsinin heyət üzvlərinin təhlükəsizliyi baxımından da vacibdir. P.Çalikisdis sözügedən tanklardan Kipr Respublikasının yaranması ilə bağlı keçirilən paradda istifadə ediləcəyini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə