İraqdakı hərbi əməliyyatlarda iştirak edən qüvvələrini geri çəkən ABŞ bu ölkədəki ağır texnikanın aparılması üçün Türkiyədən tranzit icazəsi tələb edir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ABŞ Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Mixail Müllenın bu gün Ankaraya gələrək tranzit məsələsi ilə bağlı danışıqlar aparacaq.
Müllenin gündəmində olan digər məsələlər isə Türkiyədə erkən xəbərdarlıq sistemi və raket batereyasının yerləşdirilməsi olacaq. ABŞ-ın İraqın şimalı ilə Türkiyəyə gətirəcəyi hərbi texnikanın bir təhlükəsizlik koridorundan quru yolu ilə İskenderun və Mersin limanlarına gətirilməsi planlaşdırılır. Pentaqonun alternativ yol olaraq da İordaniyanı nəzərdə tutduğu bildirilir. Məlumata görə, Türkiyə hökuməti ərazisindən yalnız qeyri-silah xarakterli hərbi vəsaitlərin keçməsinə razıdır. ABŞ isə eyni zamanda Türkiyə ərazisindən aparmaq istədiyi ağır texnika sırasına tanklar, ağır zirehli vasitələr, uzun məsafəli toplar, mobil radarlar və hava hücumundan müdafiə sistemləri də daxildir.
Səfər çərçivəsində Türkiyədə raketdən müdafiə sistemlərinin yerləşdirilməsi də müzakirə ediləcək. Sistemin İrandan gözlənilən hücumların qarşısını almaq üçün nəzərdə tutulduğu iddia edilir. Bu tələbə daha əvvəl soyuq yanaşan Ankaranın yenə də müsbət cavab verməməsi təqdirində isə sistemlərin Rumıniya və Bolqarıstanda yerləşdirilməsi planlaşdırılır. Danışıqlarda həmçinin İraqın şimalındakı PKK terror təşkilatı ilə mübarizə və Əfqanıstanda Türkiyənin rəhbərlik etdiyi Kabil bölgə komandirliyinin vəzifə müddətinin bir il daha uzadılması müzakirə olunacaq.
Türkiyə Böyük Millət Məclisi (TBMM) xarici işlər komissiyasının üzvü Cümhuriyyyət Xalq Partiyasından olan Onur Öymən Konstitusiyanın 92-ci maddəsinə görə, xarici silahlı qüvvələrin Türkiyədə olmasına icazə vermə səlahiyyətinin TBMM-də olduğunu bildirib: "ABŞ hərbi qüvvələrin İraqı Türkiyə vasitəsilə tərk etməsi üçün Məclisdə qərar qəbul edilməlidir. Yalnız ağır texnikanın keçməsi halında qanun lazım olmaya bilər, ancaq buna da baxılmalıdır. Çünki, ağır texnika əsgərlərlə keçəcəkdir. Türkiyə Böyük Millət Məclisini bu məsələyə qərar verərkən nəzərə almamaq doğru olmaz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB