“Həmas” israillilərin güllələnməsinin məsuliyyətini üzərinə götürüb
Fələstinli silahlılar İordan çayının qərb sahilində israillilərin maşınını atəşə tutublar. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, təcili tibbi yardım xidmətinin nümayəndəsi bildirib ki, nəticədə dörd israilli həlak olub. Qanlı hücumu birbaşa Fələstin-İsrail sülh danışıqlarının bərpası ərəfəsində baş verib. İsrail nömrəli maşın yəhudilərin məskunlaşdırı Kiryan-Arba yaşayış məntəqəsi yaxınlığında atəşə tutulub. Bu yaşayış məntəqəsi fələstinlilərin yaşadığı Hevron şəhərinə bitişikdir. İlkin məlumatlara görə, həlak olanların hamısı bir ailənin üzvləridir.
Qeyd edək ki, artıq hadisəni törədənlər də məlum olub. Qəzza sektorunda hakimiyyətdə olan "Həmas"ın silahlı qanadı-"İzəddin əl Qəssam briqadası" İordan çayının qərb sahilində israillilərin güllələnməsinə görə məsuliyyəti öz üzərinə götürüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB