Şimali Koreya yapon liderinin bəyanatını kəskin tənqid edib

Şimali Koreya yapon liderinin bəyanatını kəskin tənqid edib

Mayın 30-da Şimali Koreya Yaponiya liderinin "Böyük yeddiliy"in sammitində Pxenyana təzyiqi gücləndirmək barədə çıxışı ilə bağlı bəyanat yayıb.

Şimali Koreyanın dövlət kütləvi-informasiya vasitələrində dərc edilən bəyanatda Pxenyanın özünü müdafiə məqsədilə atdığı addımları Yaponiyanın təxribat və təhlükə adlandırmasını cəfəngiyat hesab etdiyi vurğulanır. Sənəddə qeyd edilir ki, bu günədək Pxenyan ABŞ-ın Yaponiyadakı hərbi bazalarını hədəfə götürmüşdüsə, bundan sonra onun hərəkətlərində fərqlər müşahidə oluna bilər. Bəyanatda Yaponiyadakı ABŞ hərbi bazaları ilə yanaşı, digər rayonların da hədəfə alınacağına açıq işarə vurulur.

Analitiklərin bildirdiyinə görə, Şimali Koreya bu ölkəyə təzyiq göstərilməsi məqsədilə Yaponiya-ABŞ ittifaqının möhkəmlənməsi fonunda yapon hökumətinə xəbərdarlıq edir.(AZƏRTAC)

Bütün xəbərlər Facebook səhifəmizdə