Ukraynada təyyarə qəzası: 36 yaşlı pilot ölüb

Ukraynada təyyarə qəzası: 36 yaşlı pilot ölüb

Ukraynanın şimalında, Çerniqovski əyalətində yüngülmotorlu təyyarənin qəzaya uğraması nəticəsində 36 yaşlı pilot həlak olub. Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Təyyarənin bir evin üzərinə düşdüyü və həmin evin yandığı bildirilib.

Yanan evdə heç kim olmayıb. Qeyd edək ki, əraziyə yanğınsöndürənlər və xüsusi texnikalar cəlb edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə