Həsən Ruhaninin ikinci dəfə prezident seçilməsi başda İran və Rusiya olmaqla, dünya üçün müsbət bir işarədir. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Konsantin Kosaçev deyib. "Xalq indiki liderin siyasi kursunu dəstəklədi. İranın reallığı nəzərə alındığında bu kurs yetərincə mülayim və liberaldır", - Rusiya rəsmisi bildirib. Qeyd edək ki, ötən gün İranda keçirilən prezident seçkisində Həsən Ruhani qalib gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB