Boks üzrə dünya çempionu yol qəzasında həlak olub

Boks üzrə dünya çempionu yol qəzasında həlak olub

Boks üzrə keçmiş dünya çempionu meksikalı David Sançes avtomobil qəzasında həlak olub. Axar.az xəbər verir ki, Meksikanın Sonora ştatının Ermosilo şəhəri yaxınlığında baş vermiş qəzada David Sançeslə yanaşı onun qardaşı Conatan da ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır. Qeyd edək ki, 25 yaşlı boksçu 2014-cü ilin yanvarından 2015-ci ilin sentyabrına kimi Ümumdünya Boks Assosiasiyası (VBA) versiyası üzrə dünya çempionu olub. Daha sonra Sançes bu titulu Luis Konsepsyonla görüşdə əldən verib.

Bu iln aprelində keçirilən görüşdə Sançes Viktoriano Nunyesə qalib gəlmişdi. Onun hesabında 31 qələbə (27 nokaut) vardı.

Bütün xəbərlər Facebook səhifəmizdə