Avrasiya İttifaqı ilə İran arasında müvəqqəti azad ticarət zonalarınn yaradılması barədə danışıqlar oktyabrın 11-də başa çatacaq. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər nazirinin müavini Vasili Nebezya söyləyib. O, məhz bu tarixdə İranla azad ticarət zonaları haqqında razılaşmanın imzalanacağına ümid etdiyini bildirib. Qeyd edək ki, tərəflər bundan öncə azad ticarət zonalarının yaradılması haqqında müqaviləni aprel ayında imzalamağı planlaşdırsalar da, bu alınmamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB