Pakistanda 15 nəfər yaralanıb

Pakistanda 15 nəfər yaralanıb

Pakistan polisi ölkənin şimal-şərqindəki Şabkadare şəhərində silsilə hücumların törədildiyi barədə məlumat verib. Naməlum şəxslər məktəb ərazisinə və dörd evə qumbara atıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, polis nümayəndəsi Zaman Xan hüquq mühafizə orqanları əməkdaşlarının artıq şübhəlilərin axtarışını apardıqlarını söyləyib.

15 nəfərin xəsarət aldığı bildirilir. Onun sözlərinə əsasən, hələlik hücuma görə heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə