"Xaricdən göndərilən bütün silahlar Əsədə çatmalıdır"

"Xaricdən göndərilən bütün silahlar Əsədə çatmalıdır"

"Xaricdən göndərilən bütün silahlar qanuni Suriya hökumətinə çatmalıdır." Bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mətbuat konfransı zamanı ABŞ-ın kürd qüvvələrə silah göndərməsi məsələsini şərh edərkən deyib. "Rusiya, Yaxın Şərq də daxil olmaqla silah ixracında bu qaydanı əsas tutur. Bu dəyişməz qanundan imtina etməmək lazımdır", - Rusiya rəsmisi bildirib.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ lideri Donald Tramp YPG-yə iri çaplı silah-sursatın göndərilməsi ilə bağlı sərəncam imzalamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə