Prezident xüsusi nümayəndələr göndərir

Prezident xüsusi nümayəndələr göndərir

Cənubi Koreyanın yeni Prezidenti Mun Ce-in yüksək səviyyəli görüşlərin keçirilməsi və ölkələrinin xarici siyasətinin koordinasiyası üçün ABŞ, Çin, Yaponiya, Rusiya və Avropa İttifaqına xüsusi nümayəndələr göndərir. TASS informasiya agentliyi xəbər verir ki, xüsusi nümayəndə Mun Xi San artıq Yaponiyaya gəlib. Onun mayın 18-də Yaponiyanın Baş naziri Sindzo Abe ilə görüşəcəyi gözlənilir. Hər iki tərəf əvvəlki iki prezidentin dövründə nəzərəçarpacaq dərəcədə korlanan münasibətlərin düzələcəyinə ümid bəsləyir.

ABŞ-a yollanan Xon Sok Xönün səfərinin məqsədi KXDR probleminin müzakirəsi və iki ölkə prezidentlərinin iyun ayının sonlarına planlaşdırılan görüşünə hazırlıq ilə bağlı olacaq.

Koreya Respublikasının keçmiş baş naziri Li Xe Çxan mayın 18-də Çinə yola düşəcək. Digər xüsusi nümayəndələrin isə Avropa İttifaqına və Rusiyaya gələn həftə gedəcəyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə