Rusiyada partlayış 3 ölü, 8 yaralı

Rusiyada partlayış 3 ölü, 8 yaralı

Rusiyanın Volqoqrad şəhərində yaşayış binasında partlayış olub və nəticədə binaya giriş çöküb. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 3 nəfər ölüb, 8 nəfər xəsarət alıb. Yaşayış binasından 40 nəfər təxliyə olunaraq müvəqqəti məktəb yataqxanasına yerləşdirilib. Hadisə yerinə 120 nəfərdən çox şəxs, 40-dan çox texnika və 10-a yaxın təcili tibbi yardım birqadası cəlb edilib. Partlayış baş verən binanın yaxınlığında hərəkət dayandırılıb.

Qeyd edək ki, ilkin təxminə görə, hadisə qaz sızması nəticəsində baş verib. Bina sakinlərinin sözlərinə görə, hadisədən öncə güclü qaz iyi hiss olunub və onlar təcili yardım çağırıblar. Lakin partlayış təcili yardım gəlməmişdən əvvəl baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə