Bağdadinin köməkçisi Mosulda öldürülüb

Bağdadinin köməkçisi Mosulda öldürülüb

İraqın Mosul şəhərində İŞİD lideri Əbubəkr Bağdadinin köməkçisi aviazərbələr nəticəsində öldürülüb. Bu barədə "Əl-Sumariyə" telekanalı məlumat yayıb. Terrorçunun tam adı açıqlanmasa da, onun Xalis şəhərinin Zərkavisi kimi tanındığı deyilib: "Mosul şəhərinə endirilən aviazərbələr nəticəsində Zərkavi 4 yardımçısı ilə birlikdə zərərsizləşdirilib". Məlumata görə, terrorçu son 10 ildə İŞİD-in yüksək postlarında təmsil olunub və Mosula cavabdeh terrorçulardan sayılıb.

O, İŞİD-in hücum planlaşdırmasını həyata keçirib və bu səbəbdən qruplaşmanın "beyni"adlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə