İranda güclü zəlzələ 3 ölü, 200 yaralı

İranda güclü zəlzələ 3 ölü, 200 yaralı

İran-Türkmənistan sərhədi yaxınlığında mayın 14-nə keçən gecə baş verən güclü zəlzələ nəticəsində azı 3 nəfər ölüb, 220-dən çox insan xəsarət alıb. RİA Novosti agentliyinin məlumatına görə, yeraltı təkanlar nəticəsində elektrik enerjisi, su və qazın verilişində problemlər yaranıb, rabitə əlaqəsi pozulub. Hadisə yerində həkim və xilasedici briqadalar çalışırlar.

Qeyd edək ki, ötən axşam İran-Türkmənistan sərhədi yaxınlığında 5,8 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin episentri İranın Bocnurd şəhərindən 42 km şimalda, yerin səthindən 12,4 km dərinlikdə qeydə alınıb. Təkanlar nəticəsində Şimali Xorasan əyalətinin inzibati mərkəzi olan Bocnurd şəhərində bir neçə bina uçub.

Bütün xəbərlər Facebook səhifəmizdə