Rus deputat: "Bu günlərdə dünya ciddi xəbərdarlıq alıb”

Rus deputat: "Bu günlərdə dünya ciddi xəbərdarlıq alıb”

Bütün dünyada həyata keçirilən kiberhücumlar cəmiyyət üçün birbaşa təhlükədir. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Frants Klintseviç Feysbuk səhifəsində yazıb. O bildirib ki, belə hücumlar "kiberterrorizm" adlanır:

"Əgər bəşəriyyət bütün gücünü birləşdirib, bu təhdidi aradan qaldırmaq üçün səy göstərməsə, gələcəkdə böyük təhlükə ilə qarşılaşacağıq. Bu terror növünun sərhədi yoxdur və maneəsiz olaraq hər yerə nüfuz edir. Bu günlərdə dünya ciddi xəbərdarlıq alıb".

Qeyd edək ki, dünən dünyanın 74 ölkəsinə kiberhücum olub. Nəticədə kompüterlər "VannaKray" virusuna yoluxub. Əksər kompüterlər bloklanıb və ekranlarda blokun açılması üçün ödəniş edilməsi tələb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə