İran mətbuatı: Həsən Ruhaninin reytinqi azalıb

İran mətbuatı: Həsən Ruhaninin reytinqi azalıb

İran prezidentliyinə namizədlər arasında son teledebatdan sonra Prezident Həsən Ruhaninin reytinqi azalıb. Belə ki, "Tasnim" agentliyi son teledebatda Ruhaninin özünün əsas rəqibi olan İbrahim Rəisiyə nisbətdə daha zəif mövqe sərgilədiyini bildirib. Rəisinin səsləndirdiyi suallara Ruhaninin verdiyi cavablar onun reytinqinin düşməsində əsas amil olub. Qeyd edək ki, İranda prezident seçkisi mayın 19-da olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə