PKK terrorçularına qarşı əməliyyat keçirilib

PKK terrorçularına qarşı əməliyyat keçirilib

İraqın şimalından Hakkari vilayətinin Çukurca rayonundakı Güvən dağı hərbi bazasına keçməyə çalışan PKK terrorçularına qarşı əməliyyat keçirilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə Hərbi Hava Qüvvələrinin hava əməliyyatında 7 terrorçu zərərsizləşdirilib.

Bölgədə əməliyyatlar davam edir. Bununla ilin əvvəlindən bu günə qədər Hakkari və ətraf bölgələrdə həyata keçirilmiş əməliyyatlarda zərərsizləşdirilmiş terrorçuların sayı 166-ya yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə