Almaniya Şimali Koreyaya qarşı iqtisadi sanksiyaları sərtləşdirməyə hazırlaşır. Axar.az xəbər verir ki, bu barədə informasiyanı Almaniyanın NDR kanalı yayıb. Televiziya Berlinin Şimali Koreya səfirliyini Almaniya ərazisində iqtisadi fəaliyyət aparmaq imkanından məhrum edəcəyini bildirib. Almaniyanın öz qərarını yaxın zamanlarda açıqlayacağı qeyd edilib.
Xatırladaq ki, Şimali Koreya ona qarşı tətbiq edilən sanksiyalardan öz səfirlikləri vasitəsilə yaxasını qurtara bilir. Pxenyan öz diplomatik korpuslarının ərazisindəki daşınmaz əmlakı icarəyə verərək valyuta əldə edir və bunun hesabına özünün atom proqramını maliyyələşdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB