Mun Çje İn Koreyanın yeni prezidenti oldu

Mun Çje İn Koreyanın yeni prezidenti oldu

Koreya Respublikasında növbədənkənar prezident seçkiləri yerli vaxtla saat 20.00-da (Bakı vaxtı ilə 15.00) başa çatıb.

Azərtac xəbər verir ki, exit-poll-un nəticələrinə görə, demokrat Mun Çje İn seçkilərdə qalib gəlib. Müşahidəçilər Mun Çje İnin 41,1 faiz, Xon Çjun Pxönün 23,3 faiz, An Çxol Sunun isə 21,8 faiz səs topladığı qənaətindədirlər.

Səslər tam hesablandıqdan sonra Mərkəzi Seçki Komissiyası qalibi rəsmən elan ediləcək və o, dərhal səlahiyyətlərinin icrasına başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə