ABŞ-ın CNN, NBC, CBS, ABC kimi öndə gedən televiziya kanalları Donald Trampın prezidentlik dönəminin ilk 100 günü ilə bağlı uğurlarından bəhs edən reklam çarxını yayımlamaqdan imtina edib. Axar.az xəbər verir ki, həmin video-rolikdə sözügedən telekanalların məşhur aparıcılarının simasında "Yalan xəbər" ifadəsi yerləşdirilib. Reklamın həqiqəti əks etdirməyini bildirən televiziya kanalları həmin vizual qrafikin çıxarılacağı təqdirdə efirə verilməsinin mümkün olduğunu bildiriblər.
Qərara münasibət bildirən Trampın gəlini və təşviqat müşaviri Lara Tramp bunu senzura adlandırıb: "Öz siyasətlərinə uyğun reklamla qarşılaşmayınca bizə maneə yaratdılar. Hər bir vətəndaş bu senzuradan narahatlıq keçirməlidir. Ana media yalnız özünə sərf etdikdə mətbuat azadlığının olduğunu göstərir"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB