İŞİD-çi kamikadze Kərkükdə özünü partladıb

İŞİD-çi kamikadze Kərkükdə özünü partladıb

İraqın Kərkük şəhərində İŞİD üzvü 2 terrorçu-kamikadze amerikalı həbi müşavirlərin yerləşdiyi K1 hərbi bazasının girişində özünü partladıb. Axar.az xəbər verir ki, bu barədə "Röyter" hərbi dairələrə istinadən məlumat yayıb. Hücuma hazırlaşan 3 kamikadze isə peşmərgə qüvvələri tərəfindən zərərsizləşdirilib. "Onlar kürd peşmərgə qüvvələrinin geyimində idilər. Bizlərdən seçilməmək üçün saqqallarını qırxmışdılar", - hərbçilərdən biri deyib.

Qeyd edək ki, olay zamanı 2 kürd döyüşçü öldürülüb, 6-sı isə yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə