Suriya ordusu Xüms şəhərinin strateji yüksəkliklərindən sayılan Ərraj Malalini ələ keçirib. Axar.az xəbər verir ki, bundan əlavə Əsəd qüvvələri Şarkiyə kəndini də İŞİD-çilərdən almağı bacarıb. Tərəflər arasında döyüşlərin hələ də davam etdiyi bildirilib. Qeyd edək ki, bir neçə gün öncə ordu Tel əl Triks və Tel əl Yalam təpələrini geri ala bilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB