İraqda qanlı terror: 5 nəfər ölüb

İraqda qanlı terror: 5 nəfər ölüb

İraqda terror aktı nəticəsində azı beş nəfər həlak olub altı nəfər xəsarət alıb. Trend-in verdiyi məlumata görə, bu haqda "Əs-Sumariyə" telekanalı xəbər verir. Məlumata görə, İraqın qərbində Ənbər əyalətinin inzibati mərkəzi olan Ramadi yaxınlığında yerləşən Hədis şəhərinin bazarında intiharçı-terrorçu minalanmış avtomobili partladıb.

Hadisə yeri güc strukturlarının əməkdaşları tərəfindən əhatəyə alınıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriblər. Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə