Əfqan deputatdan ŞOK açıqlama: "ABŞ İŞİD-i xilas etdi"

Əfqan deputatdan ŞOK açıqlama: "ABŞ İŞİD-i xilas etdi"

ABŞ xüsusi təyinatlı qüvvələri Taliban tərəfindən mühasirəyə alınan İŞİD-i xilas edib. Axar.az xəbər verir ki, bu açıqlama ilə əfqan deputat Zahir Kadir çıxış edib. "Taliban Nanqarhar əyalətində İŞİD-i mühasirəyə almışdı. Lakin ABŞ Hərbi Hava Qüvvələrinin atışmaya müdaxiləsi İŞİD-in xilas edilməsi ilə nəticələndi. Atışmanın ən qızğın anında qırıcılar, daha sonra isə xüsusi təyinatlı qüvvələr Talibana hücum etdi", - deputat bildirib.

Qeyd edək ki, Nanqarhar əyalətində İŞİD-lə Taliban arasında atışma 4 gün davam etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə