Mosulda raket zərbələri 81 mülki şəxsin həyatına son qoyub
İraqın Mosul şəhərində mülki şəxslərin hərbi əməliyyatların getdiyi qərb rayonundan qaçaraq sığındıqları məktəb binasına raket zərbələrinin endirilməsi nəticəsində 81 nəfər həlak olub. Türkiyə mətbuatı xəbər verir ki, yerli polis idarəsindən alınan məlumatda İŞİD terror təşkilatının nəzarətindəki ərazidə yerləşən Əl-Vəla məktəbini hədəf alan raket hücumları nəticəsində ölənlərdən 34-nün kişi, 29-nun qadın, 18-nin isə uşaq olduğu bildirilir.
Lakin məktəbə raket zərbələrinin hansı qüvvələr tərəfindən endirildiyi açıqlanmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB