Le Peni yumurta atəşinə tutdular!

Le Peni yumurta atəşinə tutdular!

Fransanın ultrasağçı lideri, Milli Cəbhə Partiyasının rəhbəri, prezidentliyə namizəd Marin Le Pen Bretan əyalətinə səfəri zamanı etirazçıların yumurta hücumuna məruz qalıb. Axar.az xəbər verir ki, etirazçılar "Sizin burda işiniz yoxdur, xanım" şüarları səsləndiriblər.

Məlumata görə, mühafizəçilər Le Peni ərazidən uzaqlaşdırmağı bacarıblar. Qeyd edək ki, 7 mayda baş tutacaq ikinci tur prezident seçkilərində xanım lider rəqibi Emmanuel Makronla mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə