İranda kömür mədəni partlayıb, 21 nəfər həlak olub

İranda kömür mədəni partlayıb, 21 nəfər həlak olub

Dünən İranın Gülüstan əyalətindəki kömür mədənində partlayış baş verib. Partlayış nəticəsində 21 nəfər həlak olub. Ölkənin təcili tibbi yardım idarəsinin rəhbəri Purhüseyn Gulivənd bildirib ki, Azadşəhər yaxınlığındakı kömür mədənində baş verən partlayış nəticəsində şaxta çöküb. Onun sözlərinə görə, 28 nəfər xəstəxanaya çatdırılıb. Onlardan 21-nin həyatını xilas etmək mümkün olmayıb.

Yerli elektron informasiya mənbələrinin verdiyi məlumata görə, uçan kömür şaxtasında 90 nəfər olub. Müvafiq qurumlar xilasetmə əməliyyatlarına başlayıblar. İranın Birinci vitse-prezidenti İshaq Cihangiri hadisə yerinə gedib. (AZƏRTAC)

Bütün xəbərlər Facebook səhifəmizdə