Ərdoğanla Putin S-400 raket əleyhinə müdafiə sistemini müzakirə ediblər

Ərdoğanla Putin S-400 raket əleyhinə müdafiə sistemini müzakirə ediblər

Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan bugün görüşdə S-400 raket əleyhinə müdafiə sisteminin təhvilini müzakirə ediblər. Axar.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.

"Hərbi-texniki əməkdaşlıqla bağlı digər məsələlər kimi, bu məsələ də müzakirə olunub. Bu sahədə məsləhətləşmələr müsbət məcrada keçib", - Peskov qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə