Rus general: "Onları xəyal qırıqlığına uğratmaq məcburiyyətindəyik"

Rus general: "Onları xəyal qırıqlığına uğratmaq məcburiyyətindəyik"

Beynəlxalq İnsan Haqları Təşkilatının Xan Şeyxun hücumunda SSRİ istehsalı olan kimyəvi silahların istifadə edilməsi bağlı yaydığı hesabat həqiqətə uyğun deyil. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov deyib. "Həmin təşkilatın hekayəsevər mütəxəssislərini xəyal qırıqlığına uğratmaq məcburiyyətindəyik. SSRİ istehsalı HAB-250 heç vaxt ölkədən kənara çıxmayıb və 60-cı illərdə məhv edilib", - sözçü bildirib.

Qeyd edək ki, bir ay əvvəl Əsəd qüvvələrinin İdlibin Xan Şeyxun bölgəsində kimyəvi hücumu zamanı 100-dən çox dinc sakin ölüb. Dünən Beynəlxalq İnsan haqları Təşkilatı bu hücumun sovet istehsalı olan aviabomba ilə həyata keçirildiyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə