Rusiya aprelin 27-də Qara dənizdə batan "Liman" gəmisini çıxarmaq üçün həmin əraziyə "Selicer" araşdırma-xilasetmə və SB-739 adlı yeni nəsil xilasetmə gəmilərini göndərib. Axar.az xəbər verir ki, Rusiyadan göndərilən heyət batan gəminin mühüm cihazlarını suyun altından çıxarmağa çalışacaq. Heyət üzvləri mümkün olduğu təqdirdə gəmini bütünlüklə sudan çıxarmaq istədiklərini bildiriblər.
Xatırladaq ki, aprelin 27-də Qara dənizdə Rusiyanın hərbi gəmisi Toqo bayrağı ilə üzən yük gəmisinə dəyərək batıb. Rusiya Müdafiə Nazirliyi hərbi gəmidə olan 78 nəfər şəxsi heyətin hamısını Türkiyənin xilas etdiyini açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB