Hindistanın Baş naziri: "Ərdoğanla mövqeyim eynidir"

Hindistanın Baş naziri: "Ərdoğanla mövqeyim eynidir"

Biz Rəcəb Tayyib Ərdoğanla BMT-dəki islahatları, BMT Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsini müzakirə etdik. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Hindistan Baş naziri Narendra Modi söyləyib. "BMT Təhlükəsizlik Şurası daha geniş, məsuliyyətli və effektiv olmalıdır. Biz ikimiz də BMT Təhlükəsizlik Şurasının keçən əsrin yox, 21-ci əsrin hədəflərini gerçəkləşdirməsini istəyirik", – deyə o bildirib.

Qeyd edək ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Hindistanda səfərdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə