Kolumbiyanın Kartaxena şəhərində tikilməkdə olan bina uçub. APA-nın "Sinxua" agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 18 nəfər ölüb, 23 nəfər xəsarət alıb. Yaralılardan 16-sı xəstəxanaya yerləşdirilib. 41 nəfərin xilas edildiyi bildirilir. Hadisənin səbəbləri barədə məlumat verilmir.
Faktla bağlı Kolumbiya prokuroluğu araşdırma aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB