Cənubi Koreya: "Ödənişi ABŞ etməlidir"

Cənubi Koreya: "Ödənişi ABŞ etməlidir"

ABŞ-ın THAAD müdafiə sistemi demokratik prosedurları nəzərə almadan yerləşdirilib. Axar.az xəbər verir ki, bu sözləri Cənubi Koreyanın prezidentliyə namizədi Mun Jaenin müşaviri Yon Kvansuk deyib. O bildirib ki, sözügedən müdafiə sistemlərinin Cənubi Koreyada yerləşdirilməsi üçün parlamentin razılığı lazımdır. Müşavir ABŞ lideri Trampın THAAD sistemi ilə bağlı 1 milyard dollar istəməsinə də münasibət bildirib. O qeyd edib ki, modern silahın xərclərini ABŞ-ın qarşılayacağı ilə bağlı razılığa gəlinib: "Ödənişi siz (ABŞ tərəfi) etməlisiniz".

Xatırladaq ki, Cənubi Koreya Müdafiə Nazirliyi Amerikanın THAAD hava hücumundan müdafiə sisteminin istifadə xərclərini Vaşinqtonun ödəməli olduğunu bildirmişdi

Bütün xəbərlər Facebook səhifəmizdə