Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahı Hərbi Hava qüvvələrinin İraqın şimalındakı Sincar və Suriyanın şimalındakı Karaçok dağlarında yerləşən terrorçuların hədəflərinə qarşı 25 apreldə həyata keçirilən hava hücumunun nəticələrinə dair məlumat yayıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hava zərbələri nəticəsində Sincar və Karaçok dağı bölgəsindəki PYD/YPG/PKK düşərgələrində 4-ü səhra komandiri olmaqla 89 terrorçu zərərsizləşdirilib.
Hava əməliyyatı zamanı ümumilikdə 90-dan çox terrorçu yaralanıb. Yaralılar müalicə məqsədilə İraqın şimalındakı xəstəxanalara aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB