Almaniyada polis naməlum şəxsi güllələyib

Almaniyada polis naməlum şəxsi güllələyib

Almaniyanın paytaxtı Berlində naməlum şəxs polisin açdığı atəş nəticəsində yaralanıb. Axar.az xəbər verir ki, Kreuzberq məhəlləsindəki xəstəxanada yaşanan olayda həmin şəxsin polisə hücum etmək istədiyi bildirilib. Hadisənin dəqiq səbəbləri bəlli deyil. Məlumata görə, xəstəxana ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə