"Sincarın PKK bazası olmasına imkan verə bilmərik"

"Sincarın PKK bazası olmasına imkan verə bilmərik"

Hücumla bağlı Rusiya, ABŞ və Şimali İraqı əvvəlcədən məlumatlandırmışdıq. Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Röyter"ə müsahibəsində deyib. Ərdoğam bildirib ki, Sincarda aparılan hərbi əməliyyatlar terrorçuların bölgədən təmizlənməsinə qədər davam edəcək: "Biz qərar verməyə, addımlar atmağa məcburuq. Sincarın PKK bazası olmasına imkan verə bilmərik".

Ərdoğan əməliyyatlar zamanı bir neçə kürd peşmərgə dəstəsi üzvünün həlak olmasından təəssüfləndiyini də bildirib və qeyd edib ki, peşmərgə onların hədəfi deyil.

Dövlət Departamenti Türkiyə Silahlı Qüvvələrinin kürdlərin mövqeyinə zərbə endirməsini tənqid edib və Ankarının terrorizmə qarşı ümumi mübarizə naminə YPG-yə zərbə endirməməsi gərəkdiyini açıqlayıb. Qeyd edək ki, Türkiyənin Şimali İraqı, o cümlədən Sincar bölgəsini bombalaması nəticəsində 70 PKK-çı zərərsizləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə