ABŞ təyyarələri Yəmənin Məğrib və Şebve vilayətlərində Əl Qaidə mövqelərinə hava zərbələri endirib. Axar.az xəbər verir ki, bu barədə Pentaqon sözçüsü Ceff Devis məlumat verib.
"28 fevraldan bəri Əl-Qaidənin Ərəbistan yarımadası üzrə fəaliyyət göstərən qanadına qarşı 80-dən çox hücum təşkil etmişik. Bəlli olan terror qruplarına qarşı fəaliyyətimiz Ceff Devis davam edəcək. ABŞ Hərbi Hava Qüvvələri Yəmən hökumətinə dəstək vermək üçün mərhələli əməliyyatlar keçirir", - Devis bildirib. Qeyd edək ki, ABŞ qırıcılarının Yəmənə aviazərbələri nəticəsində xeyli dinc sakinin öldüyü barədə məlumatlar da yayılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB