Suriya ordusu Həma vilayətində 2 strateji yüksəkliyi ələ keçirib. Axar.az xəbər verir ki, bu barədə Suriya dövlət televiziyası məlumat yayıb. Məlumatda Əsəd qüvvələrinin Ukab və Mantar ərazilərini terrorçulardan aldığı deyilib. Bundan əlavə, hökumət qüvvələrinin Latakiya vilayətinin Navara, Nayxor və Azziu Kat qəsəbələrində terrorçuların mövqelərinə hava zərbələri endirdiyi bildirilib. Aviazərbələr zamanı 10 terrorçu məhv edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB