İraq hərbçiləri cümə axşamı günü qərbi Mosulun daha iki rayonunu İŞİD yaraqlılarından geri alıb. France Press agentliyi xəbər verir ki, güc strukturları At-Tavra rayonunu tamamilə azad ediblər. Əməliyyatların birləşmiş komandanlığı, həmçinin Nasr rayonunun azad olunduğunu bildirib.
Hazırda İraq hərbçiləri və başda ABŞ olmaqla beynəlxalq koalisiya Mosulun İŞİD-dən azad edilməsi uğrunda əməliyyatları davam etdirir. Hökumət qüvvələri hələ mart ayında Mosulda terrorçuların tam mühasirəyə alındığını və onların Suriyadakı yaraqlılarla əlaqələrinin kəsildiyini bəyan etmişdi. Güc strukturları şəhərin qərb hissəsinin üçdəikisinin nəzarətə alındığını bildirmişdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB