Taylandda terror aktları həyata keçirilib

Taylandda terror aktları həyata keçirilib

Taylandın cənubunda 18 partlayışdan ibarət silsilə terror aktları həyata keçirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, polis postlarını, hərbi hissələri atəşə tutan iki terrorçu kustar üsulla hazırlanmış və motosiklə quraşdırılmış partlayıcı qurğunun vaxtından əvvəl işə düşməsi nəticəsində ölüblər.

Narativat əyalətində terrorçuların polis şöbəsinə hücumu zamanı qumbaraların partlaması nəticəsində iki polis əməkdaşı yaralanıb. Terrorçular Sonqkla əyalətindəki hərbi hissə yerləşən əraziyə gəldikləri zaman daşıdıqları bomba vaxtından əvvəl partlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə