Yunanıstanın paytaxtı Afinada partlayış baş verib. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident "Eurobank"-ın şöbəsində qeydə alınıb. Məlumata əsasən, dünən yerli vaxtla saat 22:00 radələrində naməlum şəxs xəbər saytına zəng edərək yarım saatdan sonra "Eurobank"da partlayışın baş verəcəyini bildirib. Partlayış nəticəsində bankın ofisinə və yaxınlıqdakı binalara ziyan dəyib. Zərərçəkənlər barədə məlumat verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB