Qara dənizdə Türkiyəyə gedən gəmi batdı

Qara dənizdə Türkiyəyə gedən gəmi batdı

"Qeroi Arsenala" yük daşıyan gəmisi Qara dənizdə qəzaya uğrayıb. SİA-nın məlumatına görə, gəminin batması barədə Rusiya Fövqəladə Hallar Xidməti xəbər yayıb.

İlkin məlumata görə, yük gəmisi Rostov vilayətindən Türkiyəyə buğda aparırmış.

Fövqəladə Hallar Xidmətinin əməkdaşı Vladimir İvanovun verdiyi məlumata görə, batan gəminin göyərtəsində 8 Rusiya, 3 Ukrayna və 1 Gürcüstan vətəndaşı olub. Onlardan yalnız bir nəfərin həyatını xilas etmək mümkün olub.

Bütün xəbərlər Facebook səhifəmizdə