DƏHŞƏT: Liviya sahillərində 28 miqrant aclıqdan qayıqda ölüb

DƏHŞƏT: Liviya sahillərində 28 miqrant aclıqdan qayıqda ölüb

Liviyanın Sabrat şəhərinin sahilində balıqçılar qayıqda 28 qeyri-leqal miqrantların cəsədini aşkar ediblər. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, miqrantlar aclıqdan və susuzluqdan ölüblər. DİN rəsmisinin sözlərinə görə: "Qayığın mühərrikinin sıradan çıxması səbəbi ilə onalr dənizin ortasında qalıblar".

Qeyd edək ki, Liviya Aralıq dənizi vasitəsi ilə Avropaya düşmək istəyən qeyri-leqal miqrantlar üçün əsas tranzit məntəqəsi sayılır. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, bu il Liviya sahillərində azı 650 miqrant həlak olub və ya itkin düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə